"Qarabağ" komandası İrlandiya təmsilçisi "Şelburn" üzərindəki 3:0 hesablı qələbəni yaddan çıxararaq, Bakıdakı cavab matçına daha ciddi hazırlaşacaq".
Apasport.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis böyükhesablı qələbənin sevindirici olduğunu söyləyib:
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Rəqib bizə hər an gərginlik yarada bilərdi. 3:0 hesabı ilə qalib gəlməyimiz onlardan çox üstün olduğumuz anlamına gəlmir. Bu hesabı yaddan çıxarıb, Bakıdakı cavab qarşılaşmasına hazırlaşacağıq. Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Rəqib komandaya qarşıdakı matçlarda uğurlar arzu edirəm".
- Həftənin futbolçusu bəlli oldu - 2 qol və 1 məhsuldar ötürmə ilə
- Avropa kubokuna 14 cüdoçumuz qatılacaq
- Stadnik Parisdə də qızıl şansını itirdi
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.