Qurban Qurbanov: "Bəlkə də ən bərbad hakimlik idi"
31.05.2025 - 22:06
Qurban Qurbanov: "Bəlkə də ən bərbad hakimlik idi"

Azərbaycan Kubokunun final matçında "Qaraba" "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra bir sıra açıqlamalar verib:

"Sabah"ı təbrik edirəm. Qarşıdakı avrokuboklarda uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Oyunçular çox ağır mövsüm keçirdilər. Hər bir futbolçudan razı qadım. Möhtəşəm atmosfer var idi".

- Benzia çox aqressiv idi və cəzalanmaqdan qorxmurdu. Bu onun komandadan gedəcəyinə işarə idi? 
- Xeyr. Belə oyunlarda aqressivlik olur. Etməsə, daha yaxşı olardı. Sadəcə il bizim üçün gərgin keçdi, futbolçuları meydanda və meydandan kənarda özlərini idarə etməsi üçün çox danışıqlar oldu. Bəzən futbolda belə hallar olur. Oyunun gedişatında futbolçular əsəbiləşir. Ciddi bir şey görmədim. Normaldır. 

- Köməkçiləriniz çox əsəbiləşdi. Hakimliyi necə dəyərləndirirsiz?
- Belə oyunlar hakimlər üçün də asan deyil. Bəlkə də ən bərbad hakimlik idi. “Hər şeyi çox təcrübəli aparırdı. İllərin təcrübəsi görünürdü”.

- Benzianın sonuncu oyunu idi?
- Hələ razılaşmamışıq. Konkret bir şey yoxdur. Təklifimizi etmişik, cavab gözləyirik.