Qurban Qurbanov: “Bəzən inam olur, gözləyirsən”
11.05.2025 - 22:26
Qurban Qurbanov: “Bəzən inam olur, gözləyirsən”

"Futbolçularımı təbrik edirəm. Texniki səhvlər çox oldu. Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi futbolçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm". 

- Yerli bazardan legioner transferi etmək istəyirsiniz?
- Yerli çempionatımızda yaxşı legionerlər var. Mənim diqqətimi cəlb edənlər də var. Amma əfsuslar olsun ki, onlar öz komandalarının aparıcı oyunçularıdır. Ona görə buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox kənardan oyunçu dəvət etmək istəyirik. Hər bir halda, legionerlərin çıxışını nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə bu məsələ inandırıcı görünmür.

- Tahir Gözel bildirib ki, kubok bitdikdən sonra Qurban Qurbanovla transferlərlə bağlı danışacağıq... Bu haqda fikriniz necədir?
- Sonda yekun olaraq ətraflı müzakirə edirik. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk. 

- Müqaviləsi bitən və danışıq apardığınız oyunçularla bağlı yenilik var?
- Hələ qəti heç nə yoxdur. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.