UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" sabah pley-off mərhələsində ilk matçına çıxacaq.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri ilk oyundan öncə baş tutan mətbuat konfransında fikirlərini bölüşüb:
"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox çətin olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-i, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Kubokun təqvimi bəlli oldu
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- ilk dueli NTD-İndiqo qazanıb
- "Fənərbaxça"nın "Qalatasaray"la bağlı etirazları bitmir - BƏYANAT
- Leandro Andrade Çempionlar Liqasında oynaya bilər: "Qarabağ"la olmasa da...