Qurban Qurbanovdan sıçrayış
12.07.2023 - 17:48
![Qurban Qurbanovdan sıçrayış](https://ww3.apasport.az/storage/news/2023/july/12/big/64ae7f18b8f9564ae7f18b8f96168915740064ae7f18b8f9364ae7f18b8f94.jpg)
Dünyanın ən yaxşı 500 baş məşqçinin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.
“Qarabağ”ın baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə 199-cu pillədə qərarlaşıb. 51 yaşlı mütəxəssisin hesabında 1595 xal var.
Qurbanov ötən siyahı ilə müqayisədə sıçrayışa nail olub. O, cədvəldə 5 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.
0
0