![Qurbanovla Regekampfın dünyadakı mövqeyi açıqlandı](https://ww3.apasport.az/storage/news/2023/march/14/big/641040bd2b9b0641040bd2b9b11678786749641040bd2b9ae641040bd2b9af.jpg)
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub.
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə mövqeyini qoruyub.
“Neftçi”nin rumıniyalı çalışdırıcısının da yeri dəyişməz qalıb. O, 1627 xalla 175-ci yerdədir.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) da ilk “üçlük”də qərarlaşıb.