![Qurbanovun 500-cü oyunu](https://ww3.apasport.az/storage/news/2023/december/25/big/658959dc58b4d658959dc58b571703500252658959dc58b4b658959dc58b4c.jpg)
Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisinin yubileyi Misli Premyer Liqasının XVIII turuna təsadüf edib.
Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Onun yetirmələri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.
Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.
Qeyd edək ki, mütəxəssisin debütü 2006/07 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.
- Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika
- Kəmaləddin Heydərov Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb - FOTO
- "Neftçi" sabiq futbolçusunu qaytarmaq istəyir
- Taleh Məmmədovdan Xorvatiyada qızıl medal
- Super Liqa təmsilçisində yeni təyinat: Mourinyonun köməkçisi “Bodrumspor”da