Rahil oynadı, komandası qələbə qazandı
09.11.2024 - 10:17
![Rahil oynadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/november/09/big/672ef57b94ef5672ef57b94ef61731130747672ef57b94ee9672ef57b94ef4.jpg)
Polşa çempionatında 15-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” səfərdə “Poqon”la qarşılaşıb.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
“Radomyak” bu qələbədən sonra sonra 16 xalla 13-cü pillədədir.
0
0