Rahilin komandası məğlub olub
24.11.2024 - 18:25
![Rahilin komandası məğlub olub](https://ww3.apasport.az/storage/news/2024/november/24/big/67433773b7daf67433773b7db0173245835567433773b7dad67433773b7dae.webp)
Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun komandası 16-cı turda öz meydanında "Stal"la qarşılaşıb.
Azərbaycan yığmasının heyətində zədələnən 29 yaşlı müdafiəçi bu görüşdə iştirak etməyib. Məmmədovun meydana çıxmadığı oyunda "Radomyak" 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Rahilin komandası 15 oyundan sonra 16 xal toplayıb. "Radomyak" növbəti turda dekabrın 2-də "Motor"un qonağı olacaq.
0
0