![Ralf Ranqnik: “Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”](https://ww3.apasport.az/storage/news/2022/october/15/big/634a6decbeafd634a6decbeafe1665822188634a6decbeaf9634a6decbeafb.jpg)
“İstənilən rəqibi məğlub edə biləcək səviyyəyə çatmaq istəyirik”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə qrup mərhələsi barədə danışarkən deyib.
Azərbaycan yığmasının yer aldığı F qrupundakı şanslarını dəyərləndirən 64 yaşlı almaniyalı mütəxəssis Azərbaycan və Estoniyaya autsayder kimi yanaşmadıqlarını söyləyib: “Digərləri kimi, Azərbaycan və Estoniya da AVRO-2024-ə qatılmaq istəyir. Buna görə də, onlara autsayder gözü ilə baxmaq və bu komandaları qiymətləndirməmək olmaz. Azərbaycana uçub rahat 3 xal qazanacağını düşünə bilmərsən”.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Yığmamız ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.