
“Qrupumuz daha asan, eyni zamanda nisbətən çətin ola bilərdi”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Azərbaycan yığmasının yer aldığı F qrupuna düşmələrinə münasibət bildirən 64 yaşlı almaniyalı mütəxəssis Belçikanı favorit adlandırıb: “Belçika favoritdir. Lakin bizim məqsədimiz bu qrupdakılar da daxil olmaqla bütün rəqibləri məğlub edə biləcək qədər inkişaf etməkdir. Eyni zamanda Avropa çempionatının final mərhələsinə vəsiqəni hədəfləyirik. Buna nail olmaq üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Seçmə mərhələyə gələn ilin martında start veriləcək.
- "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
- Andrade: "Ümid edirəm ki, həmin Patriki görəcəksiz" - MÜSAHİBƏ
- Ronaldo bu göstəriciyə görə AVRO-2024-də liderdir
- “Kəpəz”in yeni transferi: “Yüksək pillələr üçün mübarizə aparacağıq”