Ramil oynamadı, komandası qələbə qazandı
20.01.2024 - 22:09
![Ramil oynamadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/january/20/big/65ac0c2fd054665ac0c2fd0547170577412765ac0c2fd054465ac0c2fd0545.jpg)
Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev bu matçda yeni komandasının heyətində debüt edə bilməyib. Millimizin üzvü görüşü ehtiyat oyunçular skamyasında izləyib.
Xallarını 36-ya yüksəkdən "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Yaşıl-qaralar" lider "Eyüpspor"dan 9 xal geri qalır.
0
0