![Rauf Əliyevdən het-trik - “Qarabağ”la oyunda](https://ww3.apasport.az/storage/news/2022/november/09/big/636b981ece34a636b981ece34b1667995678636b981ece347636b981ece349.jpg)
Azərbaycan millisinin futbolçusu Rauf Əliyev I divizionda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Kəpəz”in hücumçusu Gəncə təmsilçisinin ikinci komandasının “Qarabağ-2” ilə səfər matçında şans qazanıb.
Rauf bu görüşün qəhrəmanı olub. Komandasının 0:1 hesabı ilə geridə olduğu vaxt ustalığını nümayiş etdirən Əliyev 19 dəqiqəyə “Qarabağ”ın ikinci komandasına üç qol vurub. Onun het-triki və son dəqiqələrdə komanda yoldaşının vurduğu top qonaqlara 4:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, qol hesabını 8-ə çatdıran Rauf sonradan ikinci komandaya qoşulmasına baxmayaraq bombardirlər yarışında 3-cü pilləyə şərik olub. Onu zirvədəki cütlükdən bir top ayırır.