"Real" Rüdigeri buraxmaq istəmir
19.01.2026 - 12:38
"Real" müdafiəçisi Antonio Rüdigerə yeni müqavilə təklif edəcək.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, “kral klubu” 32 yaşlı futbolçusunu buraxmaq istəmir.
Hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir. Almaniya millisinin üzvünün “Real”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Ona bir neçə klubdan təklif olsa da, futbolçu Madrid klubunda qalmaq istəyir.
Rüdiger “Ştuttqart”, “Roma” və “Çelsi”də oynadıqdan sonra 2022-ci ildə “Real”a keçib.
- "Neftçi Arena" "Zirə" - "Hayduk" matçına ev sahibliyi edəcək
- “Formula-1” üzrə Azərbaycan Qran-Prisi sentyabrda keçiriləcək
- Jorj Kaşkilya: "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir“
- Cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
0
0