"Real" Vaskeslə yolları ayırıb
16.07.2025 - 15:36
İspaniyanın "Real" klubu müdafiəçisi Lukas Vaskeslə yolları ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə vida mərasimi iyulun 17-də baş tutacaq.
Arxa xətt oyunçusu "Real"ın yetirməsidir. O, kluba 2007-ci ildə 16 yaşında qoşulub və aşağı yaş qruplarından ibarət bütün komandalarda çıxış edib.
Daha sonra icarə əsasında "Espanyol"a gedən futbolçu 2015-ci ilin sentyabrında yenidən "Real"ın düşərgəsinə qayıdıb və əsas komandaya qoşulub.
- Rəşad Sadıqov: "Sabah bizi olduqca vacib oyun gözləyir"
- “Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi
- "Araz-Naxçıvan" Almaniya millisinin sabiq üzvünü transfer etdi
- Argentina yığmasının baş məşqçisi Messiyə görə millidən ayrılır
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
0
0