Rəhim Sadixov 200-ə çatdı
11.05.2026 - 12:23
Misli Premyer Liqasının XXXI turu Rəhim Sadixov üçün yubileylə əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb.
“Karvan-Yevlax”la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.
Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.
0
0