Renat Dadaşov komandasının qəhrəmanı ola bilmədi
11.12.2023 - 00:12
![Renat Dadaşov komandasının qəhrəmanı ola bilmədi](https://ww3.apasport.az/storage/news/2023/december/10/big/6575f770d22f66575f770d22f717022298726575f770d22f46575f770d22f5.jpg)
Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında uğursuzluq yaşayıb.
Apasport.az xəbər verir ki, “Hatayspor”un forvardı 15-ci turda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
“Başakşəhər”lə səfər matçında Renatın komandasını məğlubiyyətdən xilas etmək imkanı olub. O, qarşılaşmanın 90+9-cu dəqiqəsində penalti vurmaq hüququ qazansa da, şansını əldən verib. Meydanı xalsız tərk edən “Hatayspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Hatay klubu növbəti tur öz meydanında “Qaziantep”lə üz-üzə gələcək. Oyun dekabrın 16-da keçiriləcək.
0
0