Renat Dadaşov "Sürix"ə qol vurdu
19.02.2023 - 23:51

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopers" İsveçrə çempionatında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, komanda XXI turda evdə "Sürix"lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
"Qrasshopers"in yeganə qolunu da 30-cu dəqiqədə penaltidən Dadaşov vurub. Bu onun cari mövsümdə vurduğu 5-ci qoldur. Start heyətdə meydana çıxan Renat 76-cı dəqiqədə Kosovo əsilli forvard Şkelçim Demhasayla əvəzlənib.
Qeyd edək ki, "Qrasshopers" İsveçrə Superliqasında 24 xalla 7-ci sıradadır.
- Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal qazanıb
- "Mançester Yunayted"in futbolçusu üçün mövsüm bitdi
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- Yassin Benzia: "Qarabağ"ın adı xüsusi mahiyyət daşıyır"
- Sabiq futbolçunu itlər parçaladı - FOTO
0
0