Renat oynadı, komandası qələbə qazandı
04.01.2025 - 20:21
Türkiyə 1-ci Liqasında XVIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Renat Dadaşov və Həsən Nəzərlinin şərəfini qoruduğu "Ankaragücü" də növbəti matçına çıxıb.
Komanda "Keçiörengücü" ilə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə nəticələnib - 2:0.
Hər iki futbolçumuz görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Renat 67-ci dəqiqədə Bajiçi əvəzləyib. Nəzərli isə meydana çıxmayıb.
Qeyd edək ki, "Ankaragücü" 27 xalla 5-ci pillədə qərarlaşıb.
- Azərbaycan idmançısı ilin ən yaxşısı seçilə bilər - SƏSVERMƏ
- "Sheki City" klubu texniki məğlubiyyətlə cəzalandırılıb
- Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
- “Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olunub
- Okan Buruk UEFA tərəfindən cəzalandırıldı
0
0