Renatın qələbə qolu “Qrasshoppers”ə ilk üç xalı qazandırdı
06.08.2023 - 20:20
![Renatın qələbə qolu “Qrasshoppers”ə ilk üç xalı qazandırdı](https://ww3.apasport.az/storage/news/2023/august/06/big/64cfc8906d9a464cfc8906d9a5169133889664cfc8906d9a264cfc8906d9a3.jpg)
Yığmamızın üzvü Renat Dadaşov İsveçrə çempionatında növbəti oyuna çıxıb.
Apasport.az-ın məlumatına görə, onun formasını geyindiyi “Qrasshoppers” öz meydanında 3 xal qazanıb.
“Bazel”i 3:1 hesabı ilə məğlub edən komandanın uğurunda Dadaşovun böyük payı olub. Hesab 2:1 olarkən hücumçumuz fərqlənərək fərqi ikiyə yüksəldib. O, 37-ci dəqiqədə fərqlənib. Bu, “Qrasshoppers”in mövsümdəki ilk qələbəsi olub.
Qeyd edək ki, Renatın komandası üç oyundan sonra 5 xal toplayıb.
0
0