Rəşad Sadıqov: “Böyük baza inşa etmək istəyirik”
17.05.2025 - 19:19
Rəşad Sadıqov: “Böyük baza inşa etmək istəyirik”

Misli Premyer Liqasının XXXV turunun "Zirə" - "Sabah" matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Futbol oynamağa çalışırdılar. Nəticəni təmin etsək də, tam gücümüzlə hazırlaşmışdıq. Nəticədən çox, oyun bizim üçün vacib idi. İkinci hissədə daha çox tələb etdiyim oyunu gördüm. Üstün tərəf biz idik. Faydalı, səmərəli 90 dəqiqə keçirdik. Oyunçularımdan razıyam".

- Heyətdə rotasiyalar yəqin ki, olacaq. İki il bundan qabaq daha çox “Qəbələ”nin oyunçularını götürmüşdüz. 
Ötən mövsüm “Kəpəz”dən götürmüşdüz. Bu mövsüm hədəfdə hansı komandadır?

- Bütün komandaların müqavilələri bitmiş oyunçuları nəzərdə saxlayırıq. Seleksiyamızda belə oyunçular var. Hansısa komandadan oyunçu götürmək hədəfimiz yoxdur. Bəyəndiyimiz oyunçunu götürmək istəyirik. Bəyəndiklərimiz çoxdur. Hansı mövqelərə ehtiyac varsa, müqaviləsi bitmiş çempionatımızda oyunçu varsa, onu götürmək istəyərik.

- 71 xal yığmağınızda “Qarabağ”ın rolu nə dərəcədə var? Rəqibləriniz meydança tapmayanda, “Qarabağ” sizin üçün şərait yaradırdı…
- Təbii olaraq, “Qarabağ”a böyük təşəkkür edirik. Bakı komandaları hərə bir yolla problemi çözməyə çalışırdı. Bizim də qaldığımız otel Suraxanı meydançasına yaxındır. “Neftçi” rəhbərliyinə də ətşəkkür edirəm. Bir neçə məşqi orada keçirdik. Əminəm ki, əksinə olsaydı, eynisini edərdik. Futbolçu yoxluğunu həll etmək olar, meydança yoxluğunu həll metmək mümkün deyil. Hər iki kluba təşəkkür edirəm. Ciddi problemdir. Ümidvaram ki, gələn mövsümdən problem aradan qalxacaq. Biz də istəyirik öz bazamız olsun. Çətindir. Böyük maddiyyat tələb edir. Çalışacağıq ki, bunu həll edək.

- Əvvəllər deyirdiz baza üçün yer var. Nə yerdədir o məsələ?
- Biz o yeri götürmüşük. Alınıb. Orada böyük baza inşa etmək istəyirik. Bu və ya növbəti sezon həll etməyə çalışırıq. 

- Kubokun finalında “Qarabağ”ın udmasını arzulayacaqsız?
- Bizim yerimizdə kim olsa, Avropa Liqasına getmək istəyər. “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəəyərm. Turan və Araz-Naxçıvand a layiq idi. Bu mövsüm avrokuboklarda oynamağa layiq komandalar çoxdur. İlk növbədə gözəl futbola azarkeşlik edəcəm. Avropa Liqasına getmək istəyərəik. Orada bir oyun uduzmaq imkanıln var. Amma “Sabah”ın da avrokuboklarda olmasını istəyərdim.

- Deyəsən, müqaviləniz başa çatır. Danışıqlar olub?
- Heç bir danışıq olmayıb. Rəhbərlik nə qədər istəyirsə, bu komandada olcam. Bu komandaya gəlməkdə əsas məsələ də rəhbərliyin istəyi idi. Müəyyən planlar var onu müzakirə etməmişik. Yaxın vaxtlarda danışacağıq. Burada qalmağımı istədikdən sonra məsələ müzkairə olunacaq.