“Qarabağ”ın Konfrans Liqasında çox yaxşı komandaya qarşı oynayacaq. “Gent” Belçikada çıxış edir və güclü kollektivə malikdir”.
Bunu apasport.az saytına “Qarabağ”ın sabiq futbolçusu Reynaldo deyib.
Braziliyalı Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsində oynayacağı “Gent”lə qarşılaşma barədə fikirlərini açıqlayıb. Vaxtı ilə Belçikada “Anderlext”, “Serkl Brügge”, “Vesterlo” klublarında oynamış Reynaldo “Qarabağ” – “Gent” cütündə Ağdam klubunu daha şanslı hesab edib: “Mənim komandam – “Qarabağ” bu oyunlarda qalib gələcək. Görünən budur ki, Ağdam klubu Konfrans Liqasında da iddialıdır və daha da çox yol qət etmək istəyir. Ümidvaram ki, onların bu yolda işi çox uğurlu alınacaq. Finala qədər irəliləsələr çox sevinərəm. “Qarabağ”ın yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcəyinə də inanıram”.
Qeyd edək ki, “Qarabağ” “Gent”lə fevralın 16-da evdə, 23-də Belçikada oynayacaq.
- Fərid Qayıbov İordaniya səfiri ilə görüşüb
- “Qarabağ”ın Avropa Liqasındakı MÜMKÜN RƏQİBLƏRİ
- Qurban Qurbanov: “Onların yaxşı formada olması, oyunumuzu asanlaşdıra bilərdi” - MÜSAHİBƏ
- 25 ildən sonra Almaniyaya gedən KUBOKUN TARİXİ
- Emin Hüseynov: “Qarabağ”ın stadionu cıdır meydançası kimi bərpa olunacaq”