![Romao üçün “Qarabağ”a Ərəbistandan təklif var](https://ww3.apasport.az/storage/news/2024/january/29/big/65b7a5254d3c465b7a5254d3c5170653418165b7a5254d3c265b7a5254d3c3.jpg)
“Qarabağ”ın braziliyalı futbolçusu Julio Romaonun “Ferentsvaroş”un transfer siyahısında olması barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin yarımmüdafiəçisi konkret olaraq BƏƏ-nin “Əl-Vahda” klubunun transfer siyahısında yer alıb.
Abu-Dabi təmsilçisi yayda “Qarabağ”a təklif göndərəcək.
Ərəblərin baş məşqçisi Qoran Tufegziç Romaonu şəxsən sərəncamında görmək istəyir.
25 yaşlı futbolçunun “Qarabağ”la müaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Eyni zamanda, Macarıstanın “Ferentsvaroş” klubu da yayda Romaonu israrla transfer etməyə çalışacaq.