Ronaldo yenidən “İmişli”də - RƏSMİ
19.09.2026 - 16:12
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ronaldo de Souza ilə 2 illik müqavilə imzalayıb.
Braziliyalı futbolçu daha əvvəl də “İmişli”nin formasını geyinib.
27 yaşlı yarımmüdafiəçi karyerası ərzində Braziliyanın “Kruzeyro” klubunun U-17 və U-20, Portuqaliyanın “Sportinq” U-23, “Alverka” və “Anadiya”, İndoneziyanın “Borneo” komandalarında çıxış edib.
Ronaldo daha əvvəl “İmişli”nin heyətində 29 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0