Rüfət Abdullazadə Türkiyəyə doğru - "Səbail"ə rəsmi təklif var
30.01.2025 - 15:18
![Rüfət Abdullazadə Türkiyəyə doğru - "Səbail"ə rəsmi təklif var](https://ww3.apasport.az/storage/news/2025/january/30/big/679b5ec5d27ef679b5ec5d27f01738235589679b5ec5d27ed679b5ec5d27ee.jpg)
"Səbail"in futbolçusu Rüfət Abdullazadə karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, adı hələ ki, açıqlanmayan Türkiyə Birinci Liqa təmsilçisi artıq " Səbail"ə rəsmi təklif edib.
Türklər futbolçunun keçidini bu qış tamamlamaq istəyir.
Hazırda komandalar arasında danışıqlar davam edir.
Yaxın günlərdə Abdullazadənin Türkiyəyə yollanıb-yollanmayacağı dəqiqləşəcək.
0
0