Rumıniya klubu ÇFR Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olmaq istəmir.
Apasport.az saytı xəbər verir ki, bunu yerli mütəxəssis Basarab Panduru deyib.
Rumıniya millisinin sabiq yarımmüdafiəçisi potensial rəqibləri dəyərləndirib. Ölkəsində müxtəlif klublarda baş məşqçi və köməkçi-məşqçi kimi çalışmış 52 yaşlı mütəxəssis 8 komandadan 3-nü ÇFR üçün münasib rəqib hesab edir: “Düşünürəm ki, ÇFR-in baş məşqçisi Dan Petresku heç vaxt “Qarabağ”a rəqib olmaq istəməz. Çünki təhlükəli komandadır. Həmçinin digər mümkün rəqiblərdən də güclüləri var. Ancaq “Şerif”, AEK (Larnaka) və “Ludoqorets” elə də qorxulu deyillər. Çünki onlar əvvəlki formadan uzaqdırlar”.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.
- Aleksandr Lakazett: Fransanın İstedadlı Hücumçusu
- Güləşçilər Respublika çempionatında mübarizəyə start veriblər
- Avro 2024-ün 1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub
- Rəhman Daşdəmirov: “Azərbaycana əliboş qayıtmaq istəmirik”
- Gimnastika Federasiyasının mətbuat konfransı təyyarə qəzasına görə təxirə salınıb