“Sabah” 20 matçda 10-cu dəfə 1 xalla kifayətlənib
27.01.2025 - 09:00
![“Sabah” 20 matçda 10-cu dəfə 1 xalla kifayətlənib](https://ww3.apasport.az/storage/news/2025/january/27/big/67970fe34e5d667970fe34e5d7173795325167970fe34e5d467970fe34e5d5.jpg)
“Sabah” Misli Premyer Liqasının XX turunda “Sumqayıt”la qolsuz heç-heçə edib.
Apasport.az xəbər verir ki, Bakı klubu keçirdiyi 20 matçda 10-cu dəfə bərabərliklə kifayətlənib.
Ölkə çempionatları tarixində 3-cü belə hadisədir ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında sülhə imza atıb.
Mütləq rekord 2012/13 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/15 mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.
0
0