Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, "Sabah"ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli "Ceyran" komandasını böyük hesabla məğlub edib - 9:0.
İlqar Mənsimovun baş məşqçisi olduğu komanda final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.
Qonaev City Cup
Yarımfinal
Ceyran - Sabah 0:9
Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov.
Final
Sabah - OSDYŞ Konayev 9:0
Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.
- "Qarabağ"ın 3 futbolçusu Avropa Liqasında həftənin rəmzi heyətində
- Rauf Hüseynli: "VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı"
- “Vest Hem” “Aston Villa” səfərindən 1 xalla qayıdır
- Dövlət başçısı: “Görürdüm ki, bəzi federasiyalarda nəticələr əldə edilmir”
- “Karvan-Yevlax”dan ayrıldı, Azərbaycanda qaldı - LEGİONERİN TALEYİ BƏLLİ OLDU