"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən qarşılaşmaya 4500 bilet satılıb.
Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.
Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.
- NTD heyətini yeni basketbolçu ilə gücləndirib
- “Mançester Yunayted”in futbolçusu mövsümü erkən başa vurub
- Millimizin üzvü oynadı, komandası məğlub oldu
- Sərtan Taşkın karyerasını Azərbaycanda davam etdirə bilər
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib