“Sabah” - “Neftçi” matçının tarixi bəlli oldu
11.05.2026 - 15:26
“Sabah” - “Neftçi” matçının tarixi bəlli oldu

Misli Premyer Liqasında XXXII turun oyun cədvəli müəyyənləşib.

Apasport.az xəbər verir ki, oyunlara mayın 15-də Yevlax şəhər stadionunda start veriləcək.

Turun mərkəzi qarşılaşması mayın 17-də, "Sabah" və"Neftçi" komandaları arasında baş tutacaq.

Misli Premyer Liqası
XXXII tur
III dövrə

15 may

17:00. "Karvan Yevlax" – "Qəbələ"

Yevlax şəhər stadionu

19:30. "Araz-Naxçıvan" – "Kəpəz"

"SOCAR Polymer Arena"

16 may 

17:00. "Şamaxı" – "Turan Tovuz"

Şamaxı şəhər stadionu

17:00. "Qarabağ" – "İmişli"

Tofiq Bəhramov adına Respublika Stadionu

17 may 

18:00. "Zirə" – "Sumqayıt"

Zirə İdman Kompleksinin stadionu

18:00. "Sabah" – "Neftçi" 

"Bank Respublika Arena"