!["Sabah" və "Sumqayıt"ın ilk dueli - YENİLƏNİR](https://ww3.apasport.az/storage/news/2023/october/21/big/65339c20871e765339c20871e8169788112065339c20871e565339c20871e6.jpg)
Bu gün Azərbaycan Premyer Liqasında X turun 2-ci oyun günüdür.
Apasport.az xəbər verir ki, günə Masazırda yekun vurulacaq.
Belə ki, "Sabah" öz meydanında "Sumqayıt"ı qonaq edəcək.
Maraqlıdır ki, bu komandalar cari mövsümdə ilk dəfə qarşı-qarşıya gələcək. Çünki onların II turda Sumqayıtdakı matçı təxirə salınmışdı və hələ də keçirilməyib.
21 oktyabr (şənbə)
18:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. “Bank Respublika Arena” stadionu
İlk dövrədəki matç - keçirilməyib.