"Sabah"da 3-cü ayrılıq
25.05.2022 - 15:35
“Sabah”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi hücumçusu Xulio Sezar Rodrigeslə yollarını ayırıb.
Paraqvaylı forvardla mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bununla da Rodriges yay fasiləsində “Sabah”ı tərk edən üçüncü oyunçu olub. Ona qədər klub Slavik Alxasov və Şpiro Periçiçlə də vidalaşıb. Boyan Letiçin isə sözləşməsi yenilənib.
Qeyd edək ki, Xulio Sezar Rodriges 2020-ci ilin yanvarından bəri “Sabah”da çıxış edib.
- Vasili Berezutski: “Kəmiyyət mütləq keyfiyyətə çevriləcək”
- Qələbə gününə həsr olunmuş kikboksinq yarışları başa çatıb
- Afrika Millətlər Kuboku: Yığmanın 3 qapıçısı meydana çıxdı, məğlub oldular
- Diallodan het-trik, "Mançester Yunayted"dən fantastik geridönüş
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0