"Sabah"dan 40-cı səfər qələbəsi
16.12.2024 - 10:15
!["Sabah"dan 40-cı səfər qələbəsi](https://ww3.apasport.az/storage/news/2024/december/16/big/675fc03d00ec2675fc03d00ec31734328381675fc03d00eb5675fc03d00ec1.jpg)
“Sabah” Azərbaycan çempionatlarında 40-cı səfər qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bakı klubu Misli Premyer Liqasının XVII turunda səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.
Paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. “Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadır.
Qeyd edək ki, “Sabah” ilk uğurunu Premyer Liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.
0
0