"Şahdağ Qusar"dan yeni transfer: "ŞAMAXI"DAN I LİQAYA
16.06.2026 - 17:43
“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Ravil Qafarovla müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ravilin son klubu “Şamaxı” olub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvüdür.
0
0