![Şahmat millimiz növbəti dəfə Gürcüstanla heç-heçə edib](https://ww3.apasport.az/storage/news/2024/march/02/big/65e2ed9d30d6365e2ed9d30d64170937078165e2ed9d30d6165e2ed9d30d62.jpg)
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə növbəti yoldaşlıq görüşünü keçirib.
Azərbaycan Şahmat Federasiyasından apasport.az-a bildirilib ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 4-cü turda heç-heçə oynayıb.
Hesabat turunda üç partiya bərabərliklə başa çatıb. Millinin heyətində Günay Məmmədzadə məğlub olduğu halda Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5:2,5 hesabı ilə tamamlanıb.
5-ci turda yığmada üç şahmatçı ağlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq. Yoldaşlıq oyunu rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.
Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.