Şahmat üzrə turnir Şuşada keçiriləcək
17.01.2024 - 13:28
![Şahmat üzrə turnir Şuşada keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/january/17/big/65a79c311b76f65a79c311b770170548331365a79c311b76d65a79c311b76e.jpg)
Bu il şahmat üzrə "Vüqar Həşimov Memorialı" Şuşada keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Yubiley yarışı avqustun 27-31-də keçiriləcək.
Qeyd edək ki, ötən il Hindistan şahmatçısı Vidit Santoş Qujrati Qəbələdə təşkil olunan 9-cu Vüqar Həşimov Memorialının qalibi olub.
0
0