Şahrudin Məhəmmədəliyev daha 3 il “Qarabağ”da
10.01.2023 - 19:50
![Şahrudin Məhəmmədəliyev daha 3 il “Qarabağ”da](https://ww3.apasport.az/storage/news/2023/january/10/big/63bd89d59bc1063bd89d59bc11167336597363bd89d59bc0c63bd89d59bc0e.jpg)
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu yayıb.
Bildirilib ki, 29 yaşlı qapıçı ilə imzalanmış yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da oynayır.
0
0