"Şamaxı" Kamal Bayramovla müqavilə bağlayıb
01.07.2024 - 11:39
!["Şamaxı" Kamal Bayramovla müqavilə bağlayıb](https://ww3.apasport.az/storage/news/2024/july/01/big/668258bc85fdf668258bc85fe01719818428668258bc85fdd668258bc85fde.jpg)
2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan “Şamaxı” klubu Kamal Bayramovla müqavilə bağlayıb.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. K.Bayramov son mövsümü "Turan Tovuz"da keçirib.
0
0