"Şamaxı" – "Sumqayıt" matçı qapıçıya görə gec başladı
16.04.2023 - 16:05
Azərbaycan Premyer Liqasının XXX turunun "Şamaxı" – "Sumqayıt" görüşü 16:00-da başlamalı olsa da, nəzərdə tutulduğu vaxtdan gec start götürüb.
Apasport.az-ın məlumatına görə, buna səbəb qonaq komandanın rusiyalı qapıçısı Elnur Vəliyevin "Şamaxı"nın forması ilə eyni rəngdə geyinməsi olub.
Bu səbəbdən də matçın baş hakimi Fərid Hacıyev ondan formasını dəyişdirməyi tələb edib. Məhz bu üzdən matç təxminən 5 dəqiqə gec başlayıb.
- Jorj Kaşkilya: "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir“
- Qurban Qurbanov: “Bakıdakı oyunda daha ciddi olmalıyıq”
- A Seriyası: “Torino”dan inamlı qələbə
- “İmişli”dən ilin ilk transferi - razılaşma əldə olunub
- “Neftçi”nin sabiq braziliyalısı: “Onun arxasında təkcə pul dayanmır” - MÜSAHİBƏ
0
0