"Şamaxı"dan 30-cu böyük hesablı məğlubiyyət
25.01.2026 - 17:17
“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu böyükhesablı məğlubiyyətini alıb. Bu, Misli Premyer Liqasının 17-ci turunda qeydə alınıb.
Apasport.az xəbər verir ki, “Qəbələ”ni qəbul edən Şamaxı təmsilçisi 0:4 hesabı ilə uduzub. Bu, komandanın evdə 9-cu, ümumilikdə 30-cu böyükhesablı yenilgisi kimi tarixə düşüb.
Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış klubun ilk belə məğlubiyyəti 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olan komanda 6 cavabsız qol buraxıb.
- "Gəncə"nin baş məşqçisi: "Rotasiyadakı üstünlüyümüz işimizə yaradı"
- “Dortmund” isveçli futbolçunu heyətinə qatdı - RƏSMİ
- Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
- Arif Əsədov: "Samir Əliyevin oyunçular arasında avtoriteti var" - Müsahibə
- “Real” “El Klassiko”ya çıxmaqdan imtina edir? - Məşq və konfranslar ləğv olundu
0
0