Sanço İtaliya klubuna keçməyə yaxındır
23.08.2024 - 13:42
Premyer Liqa təmsilçilərindən “Mançester Yunayetd”in yarımmüdafiəçisi Ceydon Sanço icarə əsasında İtaliya klubuna keçməyə yaxındır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun xidmətində “Yuventus” maraqlıdır.
Sanço ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində əvəzetmədən meydana daxil olaraq cəmi 3 oyun keçirib. 24 yaşlı vinger mövsümün çox hissəsini Dortmund “Borussiya”sında oynayıb. Almaniya klubunda 21 matçda iştirak edən yarımmüdafiəçi 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
İngiltərəli futbolçuya potensial iddiaçılar arasında PSJ də var.
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- Azərbaycanlı gimnastdan tarixi uğur
- III turun oyunlarına hakim təyinatları açıqlanıb
- “Bavariya”nın məşqçisi "Ayntraxt"da
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
0
0