Misli Premyer Liqasının XXI turunda "Sumqayıt" "Qəbələ" ilə qarşılaşıb - 0:0.
Apasport.az xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.
"Oyunun ilk 20 dəqiqəsində yaxşı oyun göstərdik. İlk hissənin sonlarına yaxın səhvlər edirdik. İkinci hissədə biraz toparlasaq da, sonda bərabərliklə matçdan ayrıldıq".
- Komanda ümumilikdə yaxşı oyun sərgiləyir. Lakin ələ düşən imkanlardan futbolçuların yararlana bilməməsini məsuliyyətsiz yanaşma kimi qələmə vermək olarmı?
- Bəzi epizodlardan yararlana bilmirik, düzdür. Amma düşünmürəm ki, bu məsuliyyətsizlikdən irəli gəlir. Nədən bu durumun olduğunun cavabını tapa bilmirəm.
- Roi Kehatın zədəsi ilə bağlı məlumat varmı?
- Hələlik məlum olan heçnə yoxdur. Bazar ertəsi müayinələrdən sonra daha dəqiq bir şey söyləmək olar.
- Ardıcıl 3 oyundur qələbə qazana bilmirsiz. Bunun avrokuboklara vəsiqə uğrunda mübarizədə sizə necə təsir edəcəyini düşünürsüz?
- Hələki heç nə bəlli deyil. Bundan sonra çətin oyunlarımız qalsa da, əlimizdən gələni etməyə çalışacağıq.
- "Beşiktaş"da prezident seçkiləri: Ahmet Nur Çebi namizədliyi barədə danışdı
- Sablyaçılarımız Çində keçiriləcək dünya birinciliyində mübarizə aparacaq
- Evdə Edə Biləcəyimiz Effektiv Məşqlər. Fitness Mütəxəssislərindən Tövsiyələr
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
- Yığmanın sabiq futbolçusu yenidən həbs olundu