Saşa İliç: “Futbolçularımı təbrik edirəm"
02.11.2025 - 21:07
Saşa İliç: “Futbolçularımı təbrik edirəm"

Misli Premyer Liqasının X turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (3:2) sonra ev sahiblərinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablayıb:

"Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. "Araz-Naxçıvan"da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm".

- Hakimliklə bağlı fikriniz necədir?
- Heç nə. Oyunda bəzi söhbətlər olur. Hakimlər haqda danışmağı xoşlamıram.