“Səbail” daha 1 futbolçu ilə müqavilə imzalayıb
05.06.2024 - 21:15
![“Səbail” daha 1 futbolçu ilə müqavilə imzalayıb](https://ww3.apasport.az/storage/news/2024/june/05/big/66607b843bc3866607b843bc39171759910866607b843bc3666607b843bc37.jpg)
“Səbail” daha 1 futbolçu ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, Rüfət Abdullazadə ilə 2 illik razılıq əldə olunub.
23 yaşlı ötən mövsümün yayından “Səbail”də çıxış edir. Rüfət 2023/2024 mövsümündə komandanın heyətində Premyer Liqada 35 oyunda (2015 dəqiqə) 6 qol vurub və 5 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, mövsümü 7-ci pillədə başa vuran "Səbail" heyətdə ciddi dəyişikliklər etməyə qərar verib. Fərid Nəbiyev komandaya transfer olunub, Yusif Nəbiyev, Samir Abdullayev və Hüseynəli Quliyev yeni müqavilə imzalanıb.
0
0