"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib
15.01.2026 - 14:32
"Səbail" klubu dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi son olaraq "Difai"də çıxış etmiş yarımmüdafiəçi Roman Hüseynovu heyətinə qatıb.
28 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
0
0