“Səbail” kapitanı ilə yolları ayırdı
04.06.2024 - 23:11
![“Səbail” kapitanı ilə yolları ayırdı](https://ww3.apasport.az/storage/news/2024/june/04/big/665f66f544cd3665f66f544cd41717528309665f66f544cd1665f66f544cd2.jpeg)
“Səbail” kapitan Ağabala Ramazanovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında başa çatan müqavilənin müddəti artırılmayıb.
Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib. O, ümumilikdə komandanın heyətində 80 oyuna çıxıb. Ağabala bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.
0
0