"Səbail" liderlə oyuna itkilərlə çıxacaq
03.02.2024 - 12:59
Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail" “Qarabağ”a qarşı keçiriləcək ev oyununa itkilərlə çıxacaq.
"Dənizçilər"in mətbuat xidmətindən apasport.az-a daxil olan məlumata görə, “Səbail”in 4 futbolçusu qarşılaşmada iştirak etməyəcəklər.
Səlahət Ağayev, Ağabala Ramazanov, Süleyman Əhmədov və Devid Qomis turnir lideri ilə qarşılaşmanı zədə səbəbi ilə buraxacaqlar.
Qeyd edək ki, komandanın heyətində cəzalı oyunçu yoxdur.
- "Liverpul"u çalışdıracaq mütəxəssis bəlli olub
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
- “Əl-Nəsr” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
- "Viktoriya Plzen" – "Fənərbaxça" matçı bu kanallarda
- "Sabah"ın futbolçusu əməliyyat olub
0
0