![“Səbail” - “Qəbələ” oyununun vaxtı dəyişdirildi](https://ww3.apasport.az/storage/news/2023/december/12/big/65780d5e1f07c65780d5e1f07d170236655865780d5e1f07a65780d5e1f07b.jpg)
“Səbail” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Bu addım "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün atılıb. Misli Premyer Liqasının 17-ci turunun “Səbail” və “Qəbələ” komandaları arasında baş tutacaq oyununun vaxtı dəyişdirilib.
“Səbail” klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırlıb. PFL-in yekun qərarına əsasən oynanılması əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-da baş tutmasına qərar verilib.