"Səbail"dən ayrılan futbolçu Kipr klubunda
14.07.2024 - 19:01
!["Səbail"dən ayrılan futbolçu Kipr klubunda](https://ww3.apasport.az/storage/news/2024/july/14/big/6693e83fb1fa46693e83fb1fa517209692796693e83fb1fa26693e83fb1fa3.jpeg)
"Səbail"dən ayrılan Silvayin Deslandesin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, fransalı müdafiəçi Kiprdə çıxış edəcək. 27 yaşlı futbolçu "Omoniya 29 Maiou" klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Silvayn Deslandes ötən ilin sentyabrından bu ilin mayına qədər "Səbail"də çıxış edib. O, "dənizçilər"in heyətində 26 oyuna çıxıb.
0
0