"Səbail"dən növbəti transfer
24.07.2025 - 14:29
"Səbail"dən növbəti transfer

“Səbail” 2025/26-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımovla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı hücumçu ötən mövsüm 1-ci Liqada 15 qolla ən məhsuldar 2-ci futbolçu olub.